Modern.az

Deputat bir daha çeklərlə bağlı hökumətə ÇAĞIRIŞ ETDİ

Deputat bir daha çeklərlə bağlı hökumətə ÇAĞIRIŞ ETDİ

Aktual

10 Fevral 2017, 09:51

Milli Məclisin sonuncu iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi gündəmə gəlib. Təklifin müəllifi Zahid Oruc Modern.az-a bunun səbəblərini açıqlayıb.

 

O deyib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması iqtisadi sahədə canlanmaya səbəb ola bilər:

 

“Azərbaycan müstəqillik qazanandan sonra elan edilmiş özəlləşmə proqramında əhalinin prosesdə iştirakı üçün ümumi mülkiyyəti dəyərləndirildi. Onun 60 faizə qədər hissəsinin özəl sistemə keçiriləcəyi elan olundu və nəticədə vətəndaşlar qeyd etdiyimiz çeklər vasitəsilə onun ifadə etdiyi dəyər mənasında mühüm işlərdə hüquqi cəhətdən iştirak etmək imkanı əldə etdilər. Həmin dövrdə çeklər nəninki özəlləşməyə hüquq tanıyan sənədə çevrildi, artıq onun bazarı formalaşdı, real maddi dəyəri ekvivalentlə ölçülməyə başladı və müxtəlif müəssisələrin ümumi qiyməti müəyyənləşdirilərkən onun mühüm bir hissəsində çeklərin iştirakı təmin olunan zaman ayrı-ayrı qruplar, səhmdarlar onu bazardan almağa başladılar. Belə olan halda o dövrün məzənnəsi ilə 1 çek 200 dollara qədər maddi dəyər əldə etdi. Sonrakı dövrdə proses söndü. Ona görə də adamlar sovet dövründə yaradılmış özəlləşmə prosesində çeklərin nominal, formal rolunu gördülər”.


Deputat bildirib ki, doğru şəkildə istifadə edilmədiyindən, nəticədə çeklər ev əşyalarına, sovet dövründən qalan simvolik bir sənədə çevrildi:


“Ona görə də hökumət tərəfindən onların hüquqi qüvvədə olması müddəti 2012-ci ilə qədər artırıldı. 2015-ci ildən başlayaraq bütün verilən qərarlarla çeklər tam olaraq tədavüldən çıxmadı. Onlar yenə də insanların evlərində qalmaqda davam edir. Bu isə çekləri tamamilə dəyərsizləşdirir.

Digər tərəfdən sosial mənada ədalətli olardı ki, çeklər bütünlüklə əhalinin əlindən yığılsın. Bununla da vətəndaşların özəlləşmə prosesinə qoşulması daha da sürətlənsin. Ona görə də 2015-ci ildə yenidən başlanmış, 2016-cı ilin əvvəllərində cənab prezidentin xüsusi fərmanı ilə təsbit olunmuş ikinci özəlləşmə hərəkatı yenidən çeklər məsələsini gündəmə gətirir. Düşünürəm ki, bununla bağlı bir neçə fundamental məsələlər həll olunmalıdır. Xüsusi birjalar, həmçinin müəssisələrin qiymətləndirilməsi zamanı onların çeklərlə ifadə olunacaq hissəsinin yenidən hüquqi əsaslarının yaradılması önəmlidir. Digər tərəfdən bu gün 325 müəssisəni ki, dövlət əmlakı ilə idarə edən qurum özəlləşməyə açıqdır. Onların hər birindən sorğu etsəniz, çeklərindən hələ də istifadə etmədiklərinin şahidi olacaqsınız.

Səhmdar kimi onlar heç bir prosesdə iştirak etmirlər. Biz özəlləşməni konkret bir neçə şəxsin hansısa bir müəssisəni, xəstəxananı, maşınqayırma zavodunu alması kimi dəyərləndirmirik. Burada insanların marağı təmin olunacağı təqdirdə gələcəkdə həmin müəssisə ayağa qalxacaq, daha yaxşı işləyəcək, gəlir gətirəcək. Ona görə də mən bu məsələni gündəmə gətirməklə hökumət strukturlarına, müvafiq qurumların daha çox addımlar atmasını istəyirəm”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı