Modern.az

Azərbaycan və İran ticarəti milli valyuta ilə apara bilər

Azərbaycan və İran ticarəti milli valyuta ilə apara bilər

Aktual

10 Fevral 2017, 22:30

"Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək".  Modern.az saytı xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.

Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...