Modern.az

Türkiyə "AVRO-2024"ə ev sahibliyi etmək istəyir

Türkiyə "AVRO-2024"ə ev sahibliyi etmək istəyir

Aktual

10 Fevral 2017, 23:50

Türkiyə "AVRO-2024"ə ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb. Modern.az Apasport.az saytına istinadən xəbər verir ki, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş qardaş ölkə o zaman mübarizəni bir səslə uduzub. AÇ-2020-dən isə yarışın bütün Avropaya yayılması səbəbindən imtina edilib.

 

Mötəbər turniri təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.

 

Qeyd edək ki, UEFA-nın budəfəki tələbləri olduqca sərtdir. Belə ki, qitənin ali futbol qurumu çempionatı keçirmək istəyən ölkələrdən 9 və ya 10 stadion tələb edir. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı