Modern.az

Bakı aeroportunda oğurluq edən şəxs SAXLANILDI

Bakı aeroportunda oğurluq edən şəxs SAXLANILDI

Aktual

11 Fevral 2017, 15:57

Hava limanında oğurluq edən şəxs saxlanılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 ABŞ dolları, 90 Türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı