Modern.az

Rejissorun vəziyyəti ağırlaşıb

Rejissorun vəziyyəti ağırlaşıb

Aktual

13 Fevral 2017, 22:18

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti kritikdir. Modern.az Axşam.az-a istinadən xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə bildirib ki, onun ölüm xəbərini yayıblar:

"Niyə bilmədən belə xəbər yayırlar... Şahin sağdır, vəziyyəti kritikdir. Süni aparata qoşulub. Amma hələ yaşayır. Müalicəsi davam edir. Kritik haldadır deyə, adamın ölüm xəbərini yaymalıdırlar?".

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!