Modern.az

Havalar yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Havalar yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

15 Fevral 2017, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 16-sı gündüzdən 17-si axşamadək hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 16-sı gündüz, 17-də hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı