Modern.az

Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasına gedir

Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasına gedir

Aktual

15 Fevral 2017, 13:23

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

Forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin  qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, eləcə də nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı