Modern.az

Şimali Koreya liderinin qardaşını öldürən qadın tutulub

Şimali Koreya liderinin qardaşını öldürən qadın tutulub

Aktual

15 Fevral 2017, 14:15

Malayziyada Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən qadının saxlanıldığı haqda xəbər yayılıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, qadını Malayziyanın paytaxtı Kuala-Lumpurda hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

 

Kim Çen Nama Kuala-Lumpur hava limanında sui-qəsd edilib.

 

Onun iynə vasitəsilə zəhərləndirildiyi əsas versiyalardan biri kimi səslənir.

 

Ağ ev belə ehtimal irəli sürüb ki, Kim Çen Inın qardaşının öldürülməsini Şimali Koreyanın xüsusi xidməti təşkil edib.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı