Modern.az

NATO Rusiyanı kiberhücumlarda ittiham etdi

NATO Rusiyanı kiberhücumlarda ittiham etdi

Aktual

15 Fevral 2017, 21:50

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın alyansa qarşı kiberhücumlara görə məsuliyyət daşıdığını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alyans rəhbəri bununla bağlı ciddi sübutlara malik olduqlarını bildirib.

 

“Biz çox mürəkkəb olan hücumların sayının kəskin artdığını müşahidə edirik. NATO-nun fərqli ölkələrindən fərqli hücum xəbərləri haqda məlumat alırıq. Görünür ki, Rusiya belə hücumlarıln bəzilərinin arxasında durub”.



Alyans rəhbəri kiberhücumların 2016-cı ildə ondan öncəki ilə nisbətən 60% artdığını deyib.

 

Vüqar İSMAYILOV  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı