Modern.az

Yaponiya səfiri Azərbaycanı tərk edir

Yaponiya səfiri Azərbaycanı tərk edir

Aktual

20 Fevral 2017, 19:41

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Nazir E. Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!