Modern.az

Bakıda körpələr evində yanğın: 18 azyaşlı təxliyyə edilib

Bakıda körpələr evində yanğın: 18 azyaşlı təxliyyə edilib

Aktual

14 Aprel 2017, 20:14

Bakıda körpələr evində yanğın baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı