Fransada keçirilən nümayişlərdə insident yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə keçirilən 1 May nümayişi zamanı 6 polis əməkdaşı xəsarət alıb.
Fransa Daxili işlər Nazirliyinin məlumatına görə, ağır yaralanan iki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib. Aksiya zamanı qeyri-qanuni odlu silah gəzdirən və polisə tabe olmayan 5 nəfər saxlanılıb.
Qeyd edək ki, Parisdə ənənəvi 1 May Beynəlxalq Əmək Gününə həsr edilən nümayiş bir neçə həmkarlar ittifaqı tərəfindən təşkil edilib.
Modern.az