Modern.az

Amerikalı agent İŞİD döyüşçüsünə ərə getdi

Amerikalı agent İŞİD döyüşçüsünə ərə getdi

Aktual

2 May 2017, 10:16

ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı Suriyaya gedərək İŞİD döyüşçüsü ilə ailə həyatı qurubmuş.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Daniela Qrin İŞİD-lə bağlı araşdırma aparmalı idi. Lakin araşdırma sırasında İŞİD üzvü Daniel Kaspertə vurulan xanım agent 2014-cü ildə onunla ailə həyatı qurmuşdu. Bu faktı FTB rəhbərliyindən gizlədən agent ərinə araşdırmanın detalları ilə bağlı gizli məlumatlar ötürüb.

 

2015-ci ilin oktyabrında ABŞ aviasiyasının hava zərbələri nəticəsində Kaspert məhv edilib. Bundan bir müddət sonra ABŞ-a geri dönən Daniela Qrin səhvini etiraf edərək polisə təslim olmuşdu. Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı