Modern.az

Güclü külək Ağcabədinin üç kəndini işıqsız qoydu

Güclü külək Ağcabədinin üç kəndini işıqsız qoydu

Aktual

9 May 2017, 20:28

Ağcabədidə güclü külək bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinlik yaradıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayonunun Kəhrizli kənd ərazisində ağac aşması nəticəsində 3 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Rayon İcra Hakimiyyətinin Kəhrizli ərazi üzrə nümayəndəsi Ayaz Qəhrəmanovun  verdiyi məlumata görə, güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb. Kəhrizli, Kiçik Kəhrizli və Minaxorlu kəndlərinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Güclü  külək Ağdamda da ciddi fəsadlar yaradıb. Rayonun Əhmədağalı kənd sakini İsmayılov Malik İsgəndər oğluna məxsus evin qarşısındakı çardağın tavan hissəsi uçub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı