Modern.az

Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib - FOTO

Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib - FOTO

Aktual

9 May 2017, 21:23

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Heydər Əliyev Fondundan Modern.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif  müsabiqələr keçirilib, fərqlənən itirakçılara hədiyyələr təqdim olunub.

Tədbirdə incəsənət ustaları çıxış edib, şoular təqdim edilib. 

Uşaqlar da hazırladıqları proqramları təqdim edib. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı