Modern.az

Prezident və ailə üzvləri Fəxri Xiyabanda - YENİLƏNİB 

Prezident və ailə üzvləri Fəxri Xiyabanda - YENİLƏNİB 

Aktual

10 May 2017, 10:24

Bu gün mərhum prezident,  görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. 

 
Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri, onların yaxınları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. 

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

***
 

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

 

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

 
 
Mirmahmud KAZIMOĞLU
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı