Modern.az

Amerikalı həmsədrdən ÇAĞIRIŞ: "Ciddi danışıqlara başlamağın vaxtıdır"

Amerikalı həmsədrdən ÇAĞIRIŞ: "Ciddi danışıqlara başlamağın vaxtıdır"

Aktual

10 May 2017, 11:17

"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır".

 

APA-nın məlumatına görə, bu sözləri “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

 

“İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, - deyə o söyləyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı