Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən "Check-up müayinələri" aksiyasında iştirak etmək üçün 719 nəfər müraciət edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, bunlardan 135 nəfər kardioloq, 117 nəfər nevropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotoloq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlanıblar.
Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.
Müayinələr Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunub.
Modern.az