Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sabir Fərzəliyev ifadə verib.
Onun vəkili İlkin Mustafa jurnalistlərə açıqlamasında bidirib ki, S.Fərzəliyev avtomobil avadanlıqlarının satışı ilə məşğul olduğunu deyib. S.Fərzəliyev şikayət və tələbinin olmadığını, istintaq dövründə onu çağırıb şahid kimi ifadə verməsini tələb edildiyi söyləyib. O, məhkəmə prosesində zərərçəkmiş kimi tanındığını öyrəndiyini bildirib.
Daha sonra zərərçəkmiş Fuad Hüseynov dindirilib. O bildirib ki, ondan pul tələb edən şəxslər başqa adamlar olub.
Şahid qismində ifadə verən keçmiş MTN, hazırda DTX əməkdaşı Zaur Axundov isə qeyd edib ki, F.Hüseynovun ətrafında əməliyyat tədbiri keçirilməsini şəxsən özü hazırlayıb: "Aparılan araşdırma nəticəsində onun əməlində cinayət olmadığı üçün siqnal işini dayandırdım".
Bundan sora prokuror çıxış edərək bildirib ki, F.Hüseynovdan pul tələb edən şəxslərin cinayət işi ayrıca icraata ayrılıb.
Məhkəmənin növbəti posesi mayın 11-nə təyin edilib.
Modern.az