Modern.az

Salyanda 37 yaşlı kişini ilan vurdu

Salyanda 37 yaşlı kişini ilan vurdu

Aktual

10 May 2017, 22:13

Salyan sakinini ilan sancıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 37 yaşlı kənd sakini Rəhim Əliyar oğlu Manafov yonca sahəsində biçilmiş ot yığarkən ayağından ilan sancıb. O, dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, zəhər əleyhinə zərdab vurulduqdan sonra müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı