Modern.az

Daşkəsən sakini özünü baltalayıb

Daşkəsən sakini özünü baltalayıb

Aktual

11 May 2017, 00:07

Daşkəsən rayon sakini ehtiyatsızlıq nəticəsində özünə xəsarət yetirib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Daşkəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov həyətində odun doğrayan zaman balta onun ayağını kəsib.

Dərhal xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!