Modern.az

Ölkəyə daxili orqanında 13 büküm heroin keçirməyə cəhd

Ölkəyə daxili orqanında 13 büküm heroin keçirməyə cəhd

Aktual

11 May 2017, 23:37

Daxili orqanında ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb. Modern.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı