Modern.az

Paytaxtda ağır qəza: 1 ölü

Paytaxtda ağır qəza: 1 ölü

Aktual

12 May 2017, 00:29

Bakının Xətai rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun idarə etdiyi "Oka" markalı, "22-BE-411" dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə sürücü F.Qarayev ölüb. Avtomobildə olan sərnişin, 37 yaşlı Abbasova Alidə Abbas qızı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!