Modern.az

Ağsu aşırımında yol genişləndiriləcək - VİDEO

Ağsu aşırımında yol genişləndiriləcək - VİDEO

Aktual

12 May 2017, 00:47

Sürücülərin əziyyət çəkdiyi və sürüşmələrin ən çox olduğu Ağsu dolayları əsaslı şəkildə yenidən qurulacaq. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sözügedən yolun böyük bir hissəsində yenidənqurma işləri həyata keçirəcək.

Bu işlər zamanı Ağsu dolaylarında genişlənmə işləri aparılacaq. İki zolaqdan ibarət olan Ağsu dolayları bəzi hissələrdə 3 zolaq olacaq. Bu da avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulur. Layihə çərçivəsində yolun ən təhlükəli yerlərində genişləndirmə işləri də aparılacaq.

 

Dolaylarda yağış və qrunt sularının ərazidən uzaqlaşdırılması üçün küvetlər inşa ediləcək. Bundan əlavə, sürüşmələrin qarşısını almaq məqsədi ilə mühəndis qurğuları da inşa ediləcək.

 

Hazırda layihənin təkmilləşdirilməsi üzərində işlər aparılır və yolun gələn il təmir edilməsi planlaşdırılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı