Modern.az

Azərbaycanda "reket" baş redaktor həbs olundu

Azərbaycanda "reket" baş redaktor həbs olundu

Aktual

12 May 2017, 13:05

Ağdamda şantajla məşğul olan baş redaktor tutulub. Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı