ABŞ Prezidenti Donald Tramp KİV nümayəndələri üçün brifinqi ləğv edərək dəqiqlik üçün onun yerinə jurnalistlərə yazılı cavablar verməyi təklif edib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Mən bir çox müxtəlif işlər görən aktiv prezident olduğum üçün nümayəndələrimin dəqiqlik imkanları məhduddur”, - deyə brifinqdən imtina səbəblərini izah edən prezident bildirib.
O, həmçinin “bu gün saxta KİV-lərin iş vaxtından artıq çalışdığını” da qeyd edib.
Modern.az