Modern.az

Bakıda gənc qıza 16 bıçaq zərbəsi vuruldu  

Bakıda gənc qıza 16 bıçaq zərbəsi vuruldu  

Aktual

13 May 2017, 10:01

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.

 

Modern.az-ın Report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

 

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

 

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...