Modern.az

Deputat İsrailə gedir

Deputat İsrailə gedir

Aktual

13 May 2017, 15:24

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mayın 14-də İsrailin paytaxtı Təl-Əviv şəhərinə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivləri  barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 16-da  başa çatacaq.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı