Yunanıstanın Selanik şəhərinin yaxınlığında sərnişin qatarının reysdən çıxması nəticəsində ölən və yaralıların olduğu haqda məlumat verilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yunan dövlət dəmir yolları şirkəti TRAİNOSE tərəfində verilən açıqlamada, Afina-Selanik səfərini həyata keçirən qatarda hələki bilinməyən bir səbəblə reysdən çıxması 4 nəfərin öldüyü, aralarında maşinistin də olduğu 5 nəfər yaralandığı bildirilib.
Qəzanın ardından bölgəyə çox sayda təcili yardım, yanğınsöndürən və polis dəstələri cəlb edilib. Yaralılar Selanikdəki xəstəxanalara yerləşdirilib.
Qafar Ağayev