Modern.az

Qadın atıcımız bürünc medal qazandı

Qadın atıcımız bürünc medal qazandı

Aktual

16 May 2017, 12:29

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib.

 

Modern.az xəbər verir ki, idmançımız Nigar Həsənova 211.5 xalla bürünc medala sahib olub.

İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.

 

Digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu