Modern.az

Qazaxıstan Azərbaycan bankına yatırdığı 250 milyon dollar geri istəyir

Qazaxıstan Azərbaycan bankına yatırdığı 250 milyon dollar geri istəyir

Aktual

16 May 2017, 13:54

Qazaxıstanın Vahid Pensiya Fondu yanında yaradılan İctimai Şura ölkənin Milli Bankına müraciət edib.

 

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, İctimai Şura Azərbaycan Beynəlxalq Bankının səhmlərində yer alan pensiya aktivlərinin taleyi ilə maraqlanır.

 

İctimai Şuranın sədri Alevtina Donskix 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankına 250 milyon dollar investisiya yerləşdirildiyini və vəsaitlərin 51 milyon dollarının istiqrazlar şəkildə çıxarıldığını bildirib. Onun sözlərinə görə hazırda bankdakı qalan vəsaitin çıxarılması gündəmdədir.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...