Modern.az

Boksçumuz bürünc medal qazandı

Boksçumuz bürünc medal qazandı

Aktual

17 May 2017, 15:58

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsi davam edir.

Modern.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. Dörddəbir finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.

Nəticədə boksçumuz İslamiadanı bürünc medalla başa vurub.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı