Modern.az

İranda prezidentliyə daha bir namizəd mübarizəni dayandırıb

İranda prezidentliyə daha bir namizəd mübarizəni dayandırıb

Aktual

17 May 2017, 16:39

İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınmış sabiq vitse-prezident Mustafa Haşimi Təba mübarizəni yarıda dayandırıb.

O, bəyanatla çıxış edərək prezidentliyə digər namizəd Həsən Ruhaninin xeyrinə öz namizədliyini geri götürdüyünü bildirib. Qeyd edib ki, Həsən Ruhani ölkəni iqtisadi böhrandan çıxarmağa qadirdir. Keçmiş vitse-prezident öz tərəfdarlarını H.Ruhanini dəstəkləməyə çağırıb.

Beləliklə, İranda prezidentliyə namizədlərin sayı 6-dan 3-ə enib.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək (AZƏRTAC).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı