Modern.az

Milli Məclisin iclası təxirə salındı - EKSKLÜZİV

Milli Məclisin iclası təxirə salındı - EKSKLÜZİV

Aktual

18 May 2017, 11:13

Milli Məclisin mayın 23-nə təyin olunmuş iclası təxirə salınıb.

 

Parlamentdən Modern.az-a daxil olan məlumata görə, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, növbəti iclasda müzakirə olunması gözlənilən qanun layihələri deputatlardan geri alınıb.

İclasın gündəliyində nəzərdə tutulmuş qanun layihələrinin, sazişlərin və digər sənədlərin artırılması gözlənilir.

Qeyd edək ki, Milli Məclisin bu iclasına 26 məsələ daxil edilmişdi.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı