Modern.az

"Mercedes" nənə və nəvəni vurdu - nənə öldü

"Mercedes" nənə və nəvəni vurdu - nənə öldü

Aktual

1 İyun 2017, 13:53

Mayın 31-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Elçin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nargül Əmirovanı və nəvəsi 14 yaşlı Qorxmaz Əmirovu vurub.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya yerləşdirilən N.Əmirova orada ölüb, azyaşlının vəziyyəti orta-ağırdır.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı