Modern.az

Vərəm xəstələri müavinətlərini nağdsız qaydada alacaqlar

Vərəm xəstələri müavinətlərini nağdsız qaydada alacaqlar

Aktual

1 İyun 2017, 15:20

Azərbaycanda vərəm xəstəliyinə tutulmuş şəxslər bundan sonra müavinətlərini nağdsız qaydada alacaqlar.

 

Modern.az xəbər verir ki, bu parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycanda vərəmlə mübarizə haqqında” qanuna təklif edilən dəyişiklikdə əks olunub.

 

Dəyişikliyə əsasən, vərəm xəstələrinə müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

 

Hazırda qüvvədə olan qanunvericilikdə bununla bağlı hər hansı müddəa yoxdur.

Dəyişiklik layihəsi Milli Məclisin iclasına tövsiyə edilib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı