Modern.az

Məhərrəm Əliyev vəzifəsindən azad olunub

Məhərrəm Əliyev vəzifəsindən azad olunub

Aktual

1 İyun 2017, 18:59

General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

 

APA-nın məlumatına görə, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

 

 

Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

 

O, hələlik yeni təyinat almayıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı