Modern.az

Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Aktual

1 İyun 2017, 20:43

Ölkəyə narkotik vasitə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaretlərin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı