Modern.az

Neftin qiyməti bir qədər də ucuzlaşdı

Neftin qiyməti bir qədər də ucuzlaşdı

Aktual

1 İyun 2017, 23:19

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 51,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,29 dollar/barel azdır. Modern.az "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 50,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 31-də 47,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 31-də 49,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı