Modern.az

Deputatdan sosial şəbəkələrlə bağlı TƏKLİF: monitorinq aparılsın!

Deputatdan sosial şəbəkələrlə bağlı TƏKLİF: monitorinq aparılsın!

Aktual

2 İyun 2017, 09:34

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qadağan olunmuş dərman vasitələrinin sosial şəbəkələrdə reklam edildiyini nəzərə alaraq, bu istiqamətdə monitorinq aparılmasını təklif edib.

 

Deputat Modern.az-a bildirib ki, sosial şəbəkələrdə qadağan olunmuş dərmanların reklamı aparılır ki, bu da qanunsuzdur.

 

“Ancaq buna qarşı heç bir addım atılmır: Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu