Modern.az

Əlillərlə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklik ediləcək

Əlillərlə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklik ediləcək

Aktual

2 İyun 2017, 10:56

“Əlillərin sosial müdafiəsi haqqında” qanuna çoxlu sayda dəyişiklik ediləcəyi gözlənilir.

Milli Məclisdən Modern.az-a daxil olan məlumata görə, qanunun bəzi müddəalar dəyişdirilir və onlara xeyli düzəlişlər edilir.

Belə ki, mövcud qanunun 3-cü ( Şəxsin əlil sayılması), 15-ci (Əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi), 23-cü (. Əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər), 38-ci (Əlillərə sosial yardımın növləri) və digər maddələrinə dəyişiklik edilir.

Qanun layihəsinə dəyişikliklər tam yekunlaşdıqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə daxil ediləcək.

 

Mirmahmud KAZIMOĞLU 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...