Modern.az

İki maşın toqquşdu, yol kənarında dayanmış qadın öldü

İki maşın toqquşdu, yol kənarında dayanmış qadın öldü

Aktual

2 İyun 2017, 12:07

İyunun 1-də saat 16 radələrində Saatlı şəhəri ərazisində şəhər sakini Nurlan Nərimanov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi Vahid Mirzəyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sonradan idarəetməni itirən N.Nərimanov yolun kənarında dayanan həmyerlisi Naibə Kazımovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...