İyun ayının 12-də Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi hərbi orkestrının birgə konserti təşkil olunacaq.
Bu haqda Modern.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Konsert zamanı hər iki hərbi orkestrin qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır.
Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Birgə konsert proqramı axşam saat 19:00-dan 21:00-dək davam edəcək.
İyunun ayının 13-də isə Fəvvarələr Meydanında “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinin açıq havada birgə konsert proqramı təşkil olunacaq.
Konsert zamanı hər iki hərbi orkestrin qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır.
Konsert səhər saat 11:00-dan 13:00-dək davam edəcək.
Aqşin Kərimov