Modern.az

Qurtuluş günündə əfv olacaq? - Komissiya üzvü CAVAB VERDİ

Qurtuluş günündə əfv olacaq? - Komissiya üzvü CAVAB VERDİ

Aktual

2 İyun 2017, 13:52

“Əfv sərəncamının verilməsi cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilmir”.

Bu haqda Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

 

Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:

“Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb. Ona görə də belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməmişdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.

Ə.Nuriyev qeyd edib ki, sərəncamın imzalanıb-imzalanmamasından asılı olmayaraq hər gün müraciətlər daxil olur:

“Müxtəlif qurumlardan daxil olan müraciətlər əfv sektoruna göndərilir. Onlar hər gün, mütəmadi işləyir və müvafiq arayışlar, sorğular hazırlayır, məlumatları gələcəkdə olacaq iclaslar üçün hazırlayır. Amma bu iclasların dəqiq vaxtı yalnız ölkə başçısı tərəfindən açıqlanır”.

Qeyd edək ki, Komissiyanın digər üzvü Elmira Axundova 15 iyun Qurtuluş günü ilə bağlı əfv sərəncamının imzalanacağını açıqlamışdı.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı