Modern.az

Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirilib

Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirilib

Aktual

2 İyun 2017, 16:39

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.

 

İclasın sonunda kommünik qəbul olunub.

 

Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib.

 

Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı