Modern.az

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Aktual

2 İyun 2017, 18:25

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Modern.az-averilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!