Modern.az

Azərbaycan şirkəti Həştərxanda zavod açır

Azərbaycan şirkəti Həştərxanda zavod açır

Aktual

2 İyun 2017, 20:58

Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub. Modern.az "Trend"ə istinadən xəbər verir ki,  bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda regionun qubernatoru Aleksandr Jilkin məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan şirkəti 2018-ci ildə burada elektrik mühərrikləri istehsalı üzrə zavod açacaq. Artıq şirkət elektrik mühərrikləri və elektrik komponentlərinin istehsalı üzrə zavodun tikintisinə başlayıb.

Qubernator bildirib ki, zavodun istehsal edəcəyi məhsullara Rusiya bazarında böyük tələbat var.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!