Modern.az

Ordumuzun NATO qiymətləndirməsi üzrə təlimi başa çatdı

Ordumuzun NATO qiymətləndirməsi üzrə təlimi başa çatdı

Aktual

3 İyun 2017, 16:52

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Modern.az-a  verilən məlumata görə, səhra təlimində Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.

Taborun qiymətləndirilməsini çoxmillətli qiymətləndirmə heyəti keçirib və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı