Modern.az

Fətullah Gülən Türkiyə vətəndaşlığından məhrum olundu

Fətullah Gülən Türkiyə vətəndaşlığından məhrum olundu

Aktual

5 İyun 2017, 12:56

Türkiyə Daxili İşlər Nazirliyi xaricdə yaşayan 130 ölkə vətəndaşı, o cümlədən Fətullah Gülən və Xalqarın Demokratik Partiyasının (HDP)2 deputatını (Fayzal Sarıyıldız) və Tuğba Hezer) ölkə vətəndaşlığından çıxarıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərar 3 ay ərzində qüvvəyə minəcək.

“Yuxarıda adları çəkilən və Türkiyə Cümhuriyyətinin qanunlarına əsasən barələrində araşdırma aparılan şəxslər 3 ay ərzində Türkiyəyə gələrək müvafiq orqanlara müraciət etməsələr vətəndaşlıqdan çıxarılacaqlar” – deyə açıqlamada deyilir.

 

Fətullah Gülən iyuldakı hərbi çevrilişdə əsas təqsirləndirilən şəxs sayılır.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı