Modern.az

Yasamalda yük avtomobili yanıb

Yasamalda yük avtomobili yanıb

Aktual

18 İyun 2017, 17:07

Bakı şəhəri, Yasamal rayonunda yanğın qeydə alınıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan "FORD" markalı yük avtomobilinin mühərrik və kabinasının yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!